|
Qaradağ rayonunda VAZ-2107 avtomobili KAMAZ-la toqquşub:

Bu axşam təxminən saat 20:00-da Bakı — Qazax avtomobil yolunun 66-cı kilometrində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Virtualaz.org saytı APA-ya istinadən xəbər verir ki, yolun sözügedən hissəsində VAZ-2107 minik avtomobili KAMAZ markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sərnişini, 28 yaşlı Ağsu rayon sakini Qarayev Orxan Yaşar oğlu hadisə yerində həlak olub, bir nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Bakı Şəhəri Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Cia.az