Daxili İşlər Nazirliyindən Virtualaz.org-a verilən məlumata əsasən, Goranboy rayonunun Səfikürd kəndindəki evlərin birində partlayış baş verib.
Hadisə yanvarın 16-da saat 23 radələrində qeydə alınıb.
Qaz sızmasından partlayışın baş verdiyi evdə yaşayan Gövhər Məmmədova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
