Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qasım Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Q.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Qasım Əsədov qohumu Əli Şıxəliyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Q.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Q.Əsədov içkili vəziyyətdə qohumuna bıçaq zərbəsi endirib. Ə.Şıxəliyev məhkəməyə ifadə verərkən şikayətçi olmadığını bildirib
Cia.az
