Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə Nəsimi rayonu ərazisində yerləşən 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə ("keçmiş Semaşko") qeydə alınıb.
Xəstəxanada müalicə olunan Zeynal Zeynalov özünü beşinci mərtəbədən atıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Cia.az
