Dünya bazarlarında xam neftin qiymətinin azalması davam edir. Londondakı İCE birjasında Brent markalı neftin mart fyuçersləri 3,5 faiz ucuzlaşıb və 1 bareli 27,96 dollara satılıb.
WTI markalı neft 2,3 faiz ucuzlaşıb və 28,75 dollardan satılıb. Ucuzlaşmanın əsas səbəbi ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdikləri sanksiyaları yanvarın 16-da ləğv etməsidir.
ABŞ-da birjalar bağlıdır. Ölkədə yanvarın 18-də Martin Lüter Kinq Günü qeyd olunur.
Cia.az
