|
Şabalıdın inanılmaz faydaları və zərəri
Mütəxəssislər şabalıdın fiziki və zehni yorğunluğa qarşı mübarizə aparmaqda ən effektiv vasitə olduğunu deyirlər. 
“Omeqa 3" və ”Omeqa 6" yağları ilə zəngin şabalıd yaddaşın güclənməsində, hətta alsheymer xəstəliyi ilə mübarizədə çox faydalıdır. Şabalıd su tarazlığının tənzimlənməsində, sinir hüceyrələrinin siqnalları ötürməsində, əzələlərin strukturunun qorunmasında çox əhəmiyyətlidir. Bundan başqa, o, qan dövranını sürətləndirir, bağırsağın fəaliyyətini tənzimləyir, qəbzliyin qarşısını alır. Şabalıdın enerjiverici qabiliyyəti də çox yüksəkdir: 3 ədəd şabalıdın enerjisi bir nazik çörək dilimindəki qədərdir. Ona görə də artıq çəkili və orqanizmində maddələr mübadiləsi zəif gedən insanlar şabalıd yeyəndə miqdarına diqqət etməlidirlər.
 
Şabalıdı bişirərək yeməyi sevənlər də ehtiyatlı olmalıdırlar. Belə ki, manqalda alova yaxın bişirilən şabalıd xərçəng xəstəliyinin yaranmasına şərait yarada bilər.
Cia.az