|
"Barselona"da ağır itki
"Barselona"nın müdafiəçisi Jeremi Matye La Liqanın 19-cu turunda "Atletik" (Bilbao) ilə keçiriləcək oyunda zədə səbəbindən iştirak etməyəcək.
32 yaşlı futbolçu qarşıdakı günlərdə "Barselona"nın məşqlərinə də qatıla bilməyəcək. Onun hansı müddətə yenidən yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil.
Qeyd edək ki, sabah keçiriləcək "Barselona" – “Atletik" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Cia.az