Rusiya Prezidenti Vladimir Putinin obrazını canlandırmaq istəyirəm.
Bu sözləri məşhur amerikalı aktyor Leonardo Di Kaprio Almaniyanın “Velt Am Sontaq” qəzetinə müsahibəsində deyib.
“Putinin obrazını canlandırmağı çox istərdim. Bu, çox maraqlı olardı. Rusiya tarixi haqqında daha çox filmlər çəkilməlidir. Rusiya Şekspirvari hekayələri özündə ehtiva edir. Bu da bir aktyor üçün çox heyrətamizdir”, - Di Kaprio vurğulayıb.
Aktyor SSRİ-nin qurucusu Vladimir Lenin və öncəgörücü Rasputin obrazlarını da canlandırmaq istədiyini bildirib.
Cia.az
