|
Ağlamadan soğan doğramağın YOLU

Soğanın sağlığımıza inanılmaz faydalarını və ləzzətini kölgəyə salan bir mənfi xüsusiyyəti var: bizi həmişə ağladır!

Soğanın tərkibində olan kimyəvi maddə onu soyan zaman gözlərimizin yaşarmasına və doğrayıb qurtarana kimi işgəncə çəkməmizə səbəb olur. Bəs hər yeməyə ləzzət verən soğanı doğrayarkən ağlamamaq üçün nə etmək lazımdır? 

Soğanları soymadan əvvəl bir az soyuducunun buzluğunda saxlayın. Bu zaman içərisindəki o sizi ağladan kimyəvi maddənin ifrazı yavaşlayacaq və ağlamadan ləzzətli yeməklər bişirəcəksiniz.

Cia.az