Müğənni Mənzurə Musayeva plastik əməliyyat etdirib.
Cia.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda "Star life" verilişinə açıqlamasında deyib. O, bir yox, bədəninin bir neçə hissəsində plastik müdaxilə olunduğunu vurğulayıb:
“Çənəmin altındakı sallanma aradan qaldırılıb. Daha sonra liposaksiya edilib və qarnımdakı sallantılar aradan qaldırılıb. Əslində görünüşümdən narazı deyiləm. Amma bəzi şeylər var ki, onları aradan qaldırmaq istəyirəm. Bunu da gizlətmirəm”.
Cia.az
