|
Qızılları qoymağa yer tapmadılar
Çində keçirilən toy görənləri heyrətə salıb. Toyda bəy və gəlinə taxılan qızılların sayı o qədər çox olub ki, qonaqlar qızılları qoymağa yer tapa bilməyiblər. 
Fotoqraf Bob Lam toyda gördüyü hər şeyi çəkərək sosial mediada və televizorda yayımlayıb. Şəkillərdə gəlinin üzərindəki qızılların qədəri aydın görünür. Gəlin qızılları üzərində saxlaya bilmədiyi üçün başqa bir stol açılıb və qonaqlar gəlinin qızıllarını oraya qoymağa başlayıblar. Gəlin və bəyin üzərinə taxılan pullar onlarla paketlərə yığılaraq saxlanılıb. Toy sahibləri isə qızılların sayını bilmədiklərini deyiblər.
Cia.az