|
58 yaşında dünya turu...
58 yaşlı qadın yuxusunda gördüyü velosipedlə dünya turu macərasını gerçəkləşdirmək üçün gəzməyə başlayıb. 
İspaniyada dünyaya gələn və 22 yaşında Fransaya ingilis dili öyrənmək üçün gələn Blanca Fernandez Todea hər zaman yuxusunda gördüyü velosipedlə dünya turu istəyini gerçəkləşdirir. Ötən ilin iyul ayında Londonda başladığı velosiped turunda Hollandiya, Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Serbiya, Rumıniya, Yunanıstan və Bolqarıstan kimi 9 ölkəni keçərək Türkiyəyə gələn Fernandez təxminən 3500 kilometr yolu pedal çevirərək Türkiyənin Bursa şəhərinə çatıb. 2 uşaq anası olan qadın dünyanın heç bir yerində görə bilmədiyi səmimiyyəti, nəzakəti, qonaqpərvərliyi Türkiyədə gördüyünü deyib. Dünyanı yavaş-yavaş görmək istədiyini deyən Fernandez “velosipedlə gəzərkən dünya ilə sizin aranızda əngəl yoxdur. Ətrafınızı izləyə bilirsiniz. İnsanlara danışmaq üçün yaxınlaşmaq mümkün olur” deyə açıqlama verib. Son olaraq Afrikanı gəzməyə qərar verən 58 yaşlı qadın daha çox ölkə görmək üçün tələsdiyini deyir.
Cia.az