|
Pikassonun qızı milyarderlər siyahısında

Dünyanın nüfuzlu iqtisadiyyat jurnallarından olan “Bilan” axırıncı buraxılışında İsveçrədə 300 super zəngin olduğunu yazıb.

ANS PRESS-in məlumatına görə, jurnal həmin varlıların ümumi sərvətinin 671.7 milyard İsveçrə frankı (538.4 milyard AZN) olduğunu qeyd edib.

Jurnalda, İsveçrənin ən zəngin adamı İKEA-nın sahibi İnqvar Kamprand olduğu bildirilib.

Həmçinin bildirilib ki, 2014-cü ildə siyahıya daha 44 nəfər qatılıb.

Siyahıya yeni girənlər arasında ispan rəssam Pablo Pikassonun qızı Marina Pikasso da var. Onun sərvəti 2 milyard İsveçrə frankıdır (1.6 milyard AZN).