Rusiyanın Ədliyyə Nazirliyi əhalidə çaşqınlıq yaradan bir qərar verb. Artıq həbsxanalarda söyüş qadağan olunub.
Musavat.com “Hürriyyet” qəzetinə istinadən xəbər verir ki, məqsəd məhkumların bir-birinə və türmə nəzarətçilərinə "təhdid, həqarət, söyüş və jarqon sözlər”lə müraciətin qarşısını almaqdır.
Rusiya həbsxanalarında “Fenya” adlandırılan, jarqon dili çox geniş yayılıb (bax mənbə olaraq:https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D0%BD%D1%8F).
Rusiya qəzeti “Moscow Times”ın 2002-ci ildə hazırladığı bir məqalədə qeyd edilmişdi ki, ölkə həbsxanalarında söyüş xarakterli sözlər çox geniş yayılır və bu, məhkumlar azadlığa çıxandan sonra onların vasitəsilə cəmiyyətdə də yayılır.
Bu qadağa ilə bərabər hələ barələrində məhkəmə hökmü qüvvəyə minməmiş məhkumlara da bəzi hüquqlar verilib. Bəzən illərlə məhkəmə prosesinin yekunlaşmasını gözləyən məhkumlara duş geli, dezodorant, su isidicisi kimi şəxsi əşyalara sahib olmaq haqqı verilib.
Musavat.com xatırladır ki, Rusiyada 2013-cü ildə qüvvəyə minən bir qanunla türmə nəzarətçilərinin məhbuslarla və bir-biri ilə söyüşlə danışması qadağan edilmişdi. Yetkililərin bu qadağanı necə tətbiq edəcəyi isə hələlik sual mövzusudur.
Mövzu ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib. Rusiya həbsxanaları geniş, 80-ə yaxın insanın bir yerdə cəza çəkdiyi hücrələrdən ibarətdir. Türmə işçiləri ilə məhkumlar arasında nə yaşandığını isə heç kim bilmir.
Cia.az
