ABŞ Dəniz Qüvvələrinə məxsus iki helikopter Havay adalarında toqquşub.
İçində 12 ekipaj daşıyan iki təlim keçən helikopter gecə saatlarında toqquşub.
Qəzanın səbəbi və ekipajın xilas edilib-edilməməsi haqda hələləlik xəbər yoxdur. Xilasedicilərin helikopterlərin düşdüyü yerə çatmağa çalışdığı bildirilir.
Ancaq bölgədəki şiddətli küləyin və yaranan dalğaların işləri çətinləşdirdiyi qeyd olunur.
Cia.az
