|
Mərkəzi Bank yanvarın 18-nə olan valyuta kursunu açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-nə olan dollar/manat məzənnəsini açıqlayıb.

18.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, anvarın 15-də USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində elan olunmuşdu.

Strateq.az xatırladır ki, yeni tələbə görə, kommersiya bankları xarici valyutanı Mərkəzi Bankın rəsmi məzənnəsindən 4% baha sata bilərlər. Yəni bazar ertəsi banklar dolların satış kursunu 1,65 manat müəyyənləşdirəcəklər. Bu, Mərkəzi Bankın 21 dekabr 2015-ci il tarixində həyata keçirdiyi ikinci devalvasiyadan sonra manatın dollar qarşısında daha 6,4% ucuzlaşacaına işarə edir.

Cia.az