|
Cəbhədə itkilərimizlə bağlı xəbərlərə -

Müdafiə Nazirliyi cəbhədə itkilərimizin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.

"Düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir", - nazirilik bəyan edir.

Cia.az