|
Zarafat etmək istədi, öldü
Rusiyanın paytaxtı Moskvada intihar zarafatı məqsədi ilə selfi çəkməyə çalışan gənc boğularaq həyatını itirib.
Məlumatlara görə, gənc oğlan özünü asırmış kimi şəklini çəkmək istəyib. Lakin həmin anda tarazlığını itirib və yıxılıb. İpdən asılı qalan oğlan boğularaq ölüb. Rus mediasında yayılan xəbərlərə görə, 15 yaşlı gənc oğlan sevgilisi ilə oyun oynamağa bağlayıb. Qız ona qolunu kəsmiş kimi şəklini çəkib göndərib. Bu dəfə də oğlan ona özünün asılmış şəklini göndərmək istəyib. Lakin şəkli çəkdiyi anda stuldan yıxılıb. Boynundan asılı qalan oğlan həyatını itirib. 
Oğlanın çəkdiyi son şəkil telefonunda qalıb. Gənc oğlanın asılmış halını isə ilk görən kiçik qardaşı olub.
Cia.az