|
Cani polisin yaydığı şəkili bəyənmədi
Amerikada axtarışda olan cinayətkar polisin internet saytında yayımlanan şəklindən xoşu gəlməyib. Donald Chip Pugh çirkin göründüyünü düşündüyü şəklin saytdan çıxarılması üçün polis şöbəsinə yeni bir şəkil göndərib. Şəkli göndərərkən o, “daha yaxşı şəkil göndərəcəyəm, digərləri çox qorxuncdur” deyə yazıb. Polislər isə facebookdan göndərilən mesaja cavab olaraq “bizə kömək etdiyin üçün çox sağ ol. İndi də cinayət işlərin haqqında danışmaq üçün polis şöbəsinə gəl” yazıblar.
45 yaşlı cinayətkarın göndərdiyi şəkil və polis arasında olan yazışma hər kəsin diqqətini cəlb edib. Minlərlə facebook istifadəçisi tərəfindən paylaşılan şəklin köməyi ilə cinayətkar Floridada tapılıb.
Cia.az