|
100 yaşlı mafiya başçısı
İtaliyada 1980-90-cı illərdə polislə atışmalar və axtarışlar zamanı bir dəfə belə olsun ələ keçməyən, həbsə girmədən xilas olmağı bacaran mafiya başçısı Procopio di Maggio Siciliyadakı Cinisi qəsəbəsində 100 yaşını qeyd edib. 
Atəşfəşanlıqla qeyd edilən ad gününü yaxınları və digər mafiya qruplarının başçıları ilə keçirən Maggionun şənliyi yerli əhalini çox əsəbiləşdirib. Göy üzündə mafiya başçısının yeni yaşının - 100 rəqəminin yazılması üçün 6 dəqiqə atəşfəşanlıq edilib. Bölgədə yaşayan əhali isə atəşfəşanlığın qanunlara uyğun olmadığını deyərək polisə şikayət edib.
Cia.az