|
Tovuzda üç gün əvvəl itkin düşən 21 yaşlı qız tapılıb
Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.
 
Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.
Cia.az