"Encore" bloqu "Dostlar" ("Friends") serialının fanatları üçün gözlənilməz xəbər yayıb.
Əfsanəvi serialın heyəti illər sonra yenidən bir araya gələcək.
Gələn ay layihənin qəhrəmanları Cennifer Eniston, Liza Kudrou, Kortni Koks, Mett Leblan, Devid Şvimmer və Mettyu Perri iki saatlıq xüsusi buraxılış üçün kamera qarşısına keçəcəklər.
Xəbəri NBC telekanalı da təsdiqləyib.
Cia.az
