|
Teatra yeni təyinatlar edilib
Mingəçevir Dövlət Dram Teatrda yeni təyinatlar edilib. 
Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən teatrın direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar. 
Yanvarın 12-də yeni baş rejissor kollektivə təqdim edilib. Tədbirdə prezident İlham Əliyevin sərəncamı ilə "əməkdar artist" adına layiq görülən aktyor Şıxı Yaqubov təbrik olunub.
 Cia.az