|
Anasını məhkəməyə verdi
Model Hilari Roda anasını məhkəməyə verib. 
2014-cü ildə baş vermiş və bu günədək davam edən bu hadisə KİV-in araşdırmaları nəticəsində üzə çıxarılıb. 
Model anasını onun pullarını xərcləməkdə, imzasını saxtalaşdıraraq kredit kartlarından alış-veriş zamanı istifadə etməkdə günahlandırıb. Bu yaxınlarda isə Hilarinin anası qızının xokkeyçi əri Şon Everini ona (Hilarini – red.) nikah müqaviləsi bağlamamaq üçün təzyiq göstərməkdə və bilərəkdən doğmaları ilə münasibətini pozmaqda ittiham edib. 

Deyilənlərə görə, Hilarinin məhz Şona ərə getməsi ailədə münaqişənin yaranmasına səbəb olub. Ötən ilin oktyabrında Hemptonsda evlənən cütlüyün toyuna modelin nə anası, nə də qardaşı dəvət olunub.
Cia.az