|
Türkiyə kuboku: "Beşiktaş"dan qələbə

Türkiyə kubokunda qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Qol.Az-ın məlumatına istinadən verdiyi məlumata görə, son oyun günündə 5 qarşılaşma baş tutub.

C qrupunda mübarizə aparan "Beşiktaş" doğma meydanda "Trabzon 1461" klubuna 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində xalını 10-a yüksəldən "qara qartal" liderliyini möhkəmləndirib. 

14 yanvar

Türkiyə kuboku, qrup mərhələsinin 4-cü turu

A qrupu

"Amedspor" - "Şanlıurfaspor" - 1:0
Qol:
 Adar, 58 (1:0)

B qrupu

"Eskişehirspor" - "Tepecik" - 2:2
Qollar:
 Pinto, 7 (1:0), Çiçek, 51 (1:1), Çörekçi, 88 (2:1), Kaban, 90 (2:2)

C qrupu

"Beşiktaş" - "Trabzon 1461" - 1:0
Qol:
 Tosun, 90+2 (1:0)

"Karabükspor" - "Sivas Bələdiyyəspor" - 1:2
Qollar:
 Zengin, 86 (1:0), Kılıçoğlu, 90+1 (1:1), Yıldırım, 90+2 (1:2)

H qrupu

"Tuzlaspor" - "Antalyaspor" - 1:1
Qollar:
 Aytac, 10-avtoqol (1:0), Özkan, 33 (1:1)

 
Cia.az