|
Özil Almaniyanın ən yaxşı futbolçusu seçildi

Almaniya millisində 2015-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil ötən ilin ən yaxşısı seçilib. O, səslərin 45.9 faizini toplayıb. Tomas Müller ikinci (15.9), Yonas Hektor (13.6) üçüncü olub.

Qeyd edək ki, M.Özil son beş ildə dördüncü dəfə bu mükafatı qazanıb.

Cia.az