Neft fondu sabah bazara 200 milyon dollar çıxaracaq Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir.
Fonddan verilən məlumata görə, sabah Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil olunacaq.
Hərracda ölkədəki bütün banklar iştirak edə biləcək və satışa 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Cia.az
