|
Məşhur türk sənətçi xəstəxanaya yerləşdirildi

Türk xalq musiqisi ifaçısı Bəhiyə Aksoy xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən sənətçinin vəziyyəti ağır qiymətləndirilir. 85 yaşlı müğənni müalicə olunması üçün süni şəkildə yatızdırılıb.

Qeyd edək ki, Bəhiyə Aksoy Türkiyənin məşhur "Maksim kazinosu" səhnəsinin yetişdirdiyi ən güclü səslərdəndir. O, müğənni Zəki Mürənlə müqayisə olunan tək sənətçi olub. Musiqiylə məşğul olduğu 80-ci illərə qədər o, dövrünün ən çox satılan müğənnilərindən sayılıb. Hətta ona "Platin Tac" da hədiyyə olunub.

2001-ci ildə "alzheimer" xəstəliyinə tutulan Aksoy 2011-ci ildən qocalar evində yaşayır.