|
Biləsuvarda da intihar -

Yanvarın 14-də Biləsuvar rayonunda 32 yaşlı ailə başçısı özünü asıb.

Biləsuvar Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Bağbanlar kənd sakini 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Qeyd edək ki, Firuz Sadıqov evli idi.

Cia.az