|
Kolbasa sexləri yoxlanıldı: sağlamlıq üçün təhlükəli ətlər aşkarlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən “Zirvə” kolbasa məmulatları sexində yoxlama aparıb.

Yoxlama zamanı mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş , 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkar olunub.

Bu barədəBaytarlıq xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran məhsullar Respublika Baytarlıq Laboratoriyasına təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti kolbasa sexlərində, ət qəbul məntəqələrində reydlər keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Cia.az