|
Mağaranı evə çevirdi -
Avstraliyada sağalmaz xəstəliyə tutulan gənc 250 milyon illik mağaranı modern evə çevirib. Ölkənin önəmli şirkətlərindən birinin sahibi olan Angelo Mastropietronun həyatı öz xəstəliyini biləndən sonra tamamilə dəyişib. Gənc şirkət sahibi xəstəliyinin daha da inkişaf etməməsi üçün həyatını və ətrafındakı hər şeyi dəyişdirməyə qərar verib.
Worcestershire bölgəsində bir mağara alan Angelo 70-80 ton daşı daşımaq və evini inşa etmək üçün təxminən 1000 saat çalışıb. Uzun müddət çalışdıqdan sonra 250 milyon illik mağaranı evə çevirib və orada yaşamağa başlayıb. 160 min sterlinq xərcləyərək özünə yeni ev hazırlayan Angelo artıq sakit yerdə yaşadığı üçün özünü xoşbəxt hiss etdiyini deyir. Gənc biznesmen mağara həyatının onun xəstəliyinə müsbət təsir edəcəyinə inanır.
 

 
 
 
Cia.az