|
Yevlaxda qardaş bacısını qısqanclıq zəminində öldürüb-

Daxili İşlər Nazirliyi Yevlaxda törədilmiş qətllə bağlı məlumat yayıb.

Cia.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 12-də Yevlax şəhəri ərazisində üzərində bıçaq xəsarətləri olan 25-30 yaşlı qadın meyiti tapılıb. Yevlax RPŞ əməkdaşları tərəfindən onun şəhər sakini Ahu Hüseynova olması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun qardaşı Veys tərəfindən qısqanclıq zəminində törədilməsi müəyyən edilib və o, tutulub.

Araşdırma aparılır.

Cia.az