“Günəşli” yatağındakı 10-cu dəniz özülündə baş verən partlayışdan 40 gün keçir.
Bu gün bulvarda itkin düşən və dünyasını dəyişən neftçilərin xatirəsi anılıb.
Onlarla insan qərənfillə neftçiləri xatırlayıb. Onların arasında deputat Aydın Mirzəzadə də olub.
Bundan sonra, gənc fəalllar sahilə gül dəstələri düzüb, dənizə güllər atıblar.
Aksiyaya qatılanlar göz yaşları içərisində neftçiləri anarkən onlar üçün dualar da ediblər.
Aksiyaya gecə saatlarınadək davam edəcək. Xəzər qərənfillərə bürünüb.


Cia.az
