|
Lionel Messi futbolçu karyerasını hazırda şərəfini qoruduğu "Barselona"da başa vuracaq. Cia.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə argentinalı hücumçunun özü məlumat verib: "Mən bu haqda çox danışmışam və yenidən sözümün üstündə duracağımı təkrarlayıram: karyeramı "Barselona"da başa vuracam". L.Messi bu mövsüm üçün planlarından da danışıb: "Ötən mövsümə pis başlamışdıq, ancaq yekunda bütün kubokları qazandıq. Bu il də həmin uğuru təkrarlamağa çalışacağıq". Cia.az |
