Ermənistanda Əmək və Sosial Müdafiə Xidmətinin sabiq sədri Vazqen Xaçikyana hökm oxunub.
Avropa.info xəbər verir ki, dövlət əmlakının talan edilməsində ittiham olunan məmur 12 il iş alıb. İttihamlara qarşılıq olaraq, Xaçikyan özünü günahkar bilməyib.
Dövlət idarəsində aparılan yoxlamalar zamanı xeyli pozuntular aşkarlanıb. Realda mövcud olmayan “ölü canlar”a pensiya yazılırmış. Saxta sənədlərdən istifadə edərək məsul şəxslər xeyli pul mənimsəyirmiş.
Xaçikyanla birgə 12 nəfər bu işdə cinayət məsuliyyətinə cəlb olunub.
