|
Türkiyə kubokunda qrup mərhələsinin 4-cü turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub. E qrupunda qərarlaşan "Qalatasaray" səfərdə "Karşıyaka"nın qonağı olub. Bu görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gələn "Cim Bom" sona iki tur qalmış növbəti mərhələyə vəsiqəni təmin edib. H qrupunda mübarizə aparan "Trabzonspor" səfərdə "Adanaspor"u 4:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə xalını 12-yə yüksəldən Trabzon təmsilçisi sona iki tur qalmış növbəti mərhələyə vəsiqə qazanıb. 12 yanvar Türkiyə kuboku, qrup mərhələsinin 4-cü tur
"Karşıyaka" - "Qalatasaray" - 1:3 "Kastamonuspor" - "Akhisar" - 1:2 G qrupu "Kayserispor" - "Etimesgut" - 3:0 "Konyaspor" - "İnegölspor" - 2:0
"Qaziantepspor" - "Nazillispor" - 1:0 "Adanaspor" - "Trabzonspor" - 1:4 Cia.az
|
