Müğənni Serdar Ortaç özündən 23 yaş kiçik həyat yoldaşı Kloe Louqnana jest edib.
İfaçı iki il əvvəl "həyat yoldaşımın gələcəyini düşünmək məcburiyyətindəyəm" dedikdən sonra bunu doğruldaraq Kloenin dediyi hər bir şeyi etiraz etmədən həyata keçirib.
Bu yaxınlarda həyat yoldaşına 8 mərtəbəli bina alan Sərdar onun butik açmaq istəyinə də dəstək çıxıb. O, Kloenin rəfiqəsi Deniz Akellə işlətmək istədiyi məkan üçün yer axtarışına çıxıb.
Cia.az
