|
Sumqayıtda avtobus qəzası:

Sumqayıtda ağır yol qəzası baş verib.

Cia.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, yanvarın 11-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində şəhər sakinləri Amid Cəfərovun idarə etdiyi “Mercedes” və Canlar Hüseynovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə A.Cəfərov hadisə yerində ölüb, C.Hüseynovun 2 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Cia.az