|
Nazirlik hamilə qadınlara xidmətlə bağlı tapşırıq verdi -

Bakı Şəhər Baş Səhiyyə İdarəsi paytaxt xəstəxanalarında hamilə qadınlara göstərilən tibbi xidmətə nəzarəti gücləndirib.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə toplantılar keçirilib.

Hamilə qadınlara ərazi qadın məsləhətxanaları tərəfindən göstərilən antenatal xidmət, o cümlədən hamilələrin özəl tibb müəsissələrində qeydiyyatda olduğu halda müəssisələr arasında müvafiq qayadada əlaqəli işin diqqətdə saxlanılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsi tapşırılıb.

Stasionarlarda aparılan doğuşayardım xidməti üzrə müzakirələrdə həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi, kadrların potensialı və hazırlıq vəziyyətinin qiymətləndirilməsi, tibb işçilərinin öz vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması, müəssisədaxili nizam-intizam qaydalarına riayət edilməsi üçün göstəriş verilib.

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın (2013-2017-ci illər), Səhiyyə Nazirliyinin doğuşayardım xidmətı üzrə müvafiq əmr və sərəncamlarının, təlimat və klinik protokollarının icrasına nəzarətin artırılması, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi istiqamətində baş həkimlərə tapşırıqlar verilib. Nazirlik bu sahədə monitoriqnlər keçirəcək.

Cia.az