Türkiyənin Sultanahmet Meydanında güclü partlayış olub.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlər və yaralananların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım və polis əməkdaşları cəlb olunub.
Hadisə şahidləri partlayışa canlı bombanın səbəb olduğunu deyiblər.
Rusiya mətbuatı isə yaralılar arasında alman turistlərin də olduğunu yazır.
Yaralılar arasında polislər də var.
