|
Bakıda şirkət sahibinə qarşı 2 milyon manatlıq dələduzluq

Bakıda iri MTK şirkətinin sahibi külli miqdarda pulunun mənimsənildiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Cia.az xəbər verir ki, “Bəyaz” və “Bəm-bəyaz” MTK-ların sahibi Rasim Talıbov Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Aydın adlı şəxsin onun etimadını qazanaraq 5 il ərzində ümumilikdə 2 milyon manatdan artıq pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az