|
Parisdə “Air France” aviaşirkətinə məxsus təyyarənin şassisində meyit tapılıb
Paris hava limanında “Air France” aviaşirkətinə məxsus təyyarənin şassisində meyit tapılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hava gəmisi “Orli” hava limanına Braziliyadan gəlib.
Meyit hava limanında “Boeing 777”  təyyarəsinə texniki baxış zamanı aşkarlanıb. Meyitin cinsi və şəxsiyyəti barədə hələ ki, məlumat verilmir.
Cia.az