|
Fransada Fantomasın qəbrini qarət etdilər
Fantomas rolunun ifaçısı, məşhur fransız aktyoru Jan Marenin qəbrini qarət ediblər.
Volloris qəbiristanlığında yerləşən qəbrindən “Gözəl və bədheybət” filmində əks olunan bürünc heyvan başını oğurlayıblar. 
Bürünc heykəlin ağırlığı 35 kq, hündürlüyü 60 sm, qiyməti isə 4000 avrodan çox olub. 
Jan Mare yüzdən çox filmdə rol alıb. SSRİ-də o, “Fantomas” filmi trilogiyasına görə tanınıb. 
Cia.az