|
Bakıda “Rumın poeziya günü” keçiriləcək

Yanvarın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rumıniya mədəniyyəti günləri çərçivəsində “Rumın poeziya günü” keçiriləcək.

Milli Kitabxanadan bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Milli Kitabxana və Rumıniyanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Tədbirdə ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələri əks etdirən sərgilər təşkil olunacaq.

 Cia.az