|
“Messinin sol ayağına sahib olmaq istərdim” –
Madrid “Real”ının futbolçusu Kriştiao Ronaldo Lionel Messinin ardıcıl 5-ci dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirib.
Portuqaliyalı hücumçu Messinin bu ada layiq olduğunu bildirib:
“Mən də ötən ili yaxşı keçirdim. Ancaq Messi daha şanslı idi. Çünki o, ötən il mənimlə müqayisədə daha çox kubok qazanıb.  “Qızıl topa”u qazanmağa  8-ci dəfə namizəd oldum. Deməli, burada olmağım təsadüf deyil. 
“Messinin hansı özəlliyinə sahib olmaq istərdin” sualını Ronaldo belə cavablandırıb: “Messinin çox yaxşı sol ayağı var. Onun sol ayağına sahib olmaq istərdim”. 
Cia.az