|
Bağdadda ticarət mərkəzinə hücum:

Bağdadda ticarət mərkəzinə hücum edən yaraqlılar insanları girov götürüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Silahlı basqın nəticəsində 7 nəfər həyatını itirib.

Məlumata görə, əl-Cadidə rayonunda yaraqlılar minalanmış avtomobili partladandan sonra atəş açaraq ticarət mərkəzinə daxil olublar və oradakı insanları girov götürüblər.

"Reuters" agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 27 nəfər yaralanıb.

Cia.az