Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası Rusiyanın “Qazprom” şirkəti ilə sazişin sənədlərini yaymağı tələb edib.
Cia.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, əsk halda partiya irimiqyaslı antihökumət etirazları və müqavimət hərəkatını təşkil etmək üçün aktiv kampaniyaya başlacağını açıqlayıb.
Partiya iddia edir ki, Gürcüstan hökuməti “Qazprom”un ölkənin enerji bazarına daxil olması üçün Rusiya ilə gizli danışıqlar aparır: “Hökumətin bu addımı Gürcüstanın enerji azadlığı üçün təhlükə yaradır və ölkənin milli suverenliyini pozur”.
Bundan başqa, partiya əmindir ki, bu müqavilə neçə illərdir ki, stabil şəkildə Gürcüstanı enerji ilə təmin edən Azərbaycanla enerji əməkdaşlığına da zərbə vuracaq.
