Daxili İşlər Nazirliyi Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb.
Yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar.
Cia.az
