“Rusiya Qərb ölkələri ilə kompromis axtarmağa hazırdır”.
Bu sözləri prezident Vladimir Putin Bild qəzetinə müsahibəsində deyib.
Jurnalist “iki Putin”in olmasına dair teoriyanın olmasından danışıb. Bildirib ki, onlardan biri gəncdir, 2007-ci ilə qədər ABŞ-la həmrəylikdən danışırdı və Almaniya kansleri Qerhard Şrederle dostluq edirdi. 2007-ci ildən sonra isə başqa Putin ortaya çıxdı. Putin isə buna cavab olaraq bildirib ki, dövlətlərarası münasibətlər insanlar arasındakı münasibətlər kimi deyil, bir qədər fərqli qurulur:
“Mən nə dostam, nə gəlin, nə də bəy. Mən Rusiyanın prezidentiyəm. 146 milyon insanın maraqları və mən onları müdafiə etməliyəm.
Mən heç vaxt dəyişməmişəm. Birincisi, bu gün də özümü gənc hiss edirəm. Mən Şrederin dostu idim və dostu olaraq da qalıram”
İndiki Almaniya kansleri Angela Merkellə münasibətlərə gəlincə, Putin bildirib ki, Merkelə hörmətlə yanaşır: “O çox səmimi insandır, çox peşəkardır”.(qafqazinfo)
