|
Zəlimxan Yaqubla vida mərasimi

Bu gün “Təzəpir” məscidində xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi keçirilir. 
Vida mərasimində Azərbaycanın tanınmış şair və yazıçıları, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.
Şair I Fəxri Xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.

Cia.az